Əsas Səhifə > Gündəm > Moskvadan İrəvana CİDDİ XƏBƏRDARLIQ
Moskvadan İrəvana CİDDİ XƏBƏRDARLIQ13-12-2023, 10:57 |
|
Rusiya hər zaman Azərbaycan-Ermənistan nizamlanması üzrə danışıqları qəbul etməyə hazırdır. Bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib. "Moskva gözləyir ki, İrəvan və Bakı bu təklifin aktuallığını nəzərə alacaq" - Qaluzin TASS-a müsahibəsində bildirib. Rusiya rəsmisi xəbərdar edib ki, Ermənistanda Avropa müşahidəçi missiyasının genişləndirilməsi Ermənistan-Azərbaycan nizamlanmasına töhfə verməyəcək, əksinə, Transqafqazda gərginliyi artıracaq. Onun sözlərinə görə, Aİ-nin Cənubi Qafqaz siyasəti yalnız Rusiya Federasiyasını regiondan sıxışdırıb çıxarmağa yönəlib. Bildirilir ki, Rusiya artıq Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitlə bağlı bütün MDB liderlərinə, o cümlədən Paşinyana dəvət göndərib və cavab gözləyir.(musavat.com) Rubrika.Az Geri qayıt |