Moskvadan İrəvana CİDDİ XƏBƏRDARLIQ
![]()
Rusiya hər zaman Azərbaycan-Ermənistan nizamlanması üzrə danışıqları qəbul etməyə hazırdır.
Bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
"Moskva gözləyir ki, İrəvan və Bakı bu təklifin aktuallığını nəzərə alacaq" - Qaluzin TASS-a müsahibəsində bildirib.
Rusiya rəsmisi xəbərdar edib ki, Ermənistanda Avropa müşahidəçi missiyasının genişləndirilməsi Ermənistan-Azərbaycan nizamlanmasına töhfə verməyəcək, əksinə, Transqafqazda gərginliyi artıracaq.
Onun sözlərinə görə, Aİ-nin Cənubi Qafqaz siyasəti yalnız Rusiya Federasiyasını regiondan sıxışdırıb çıxarmağa yönəlib. Bildirilir ki, Rusiya artıq Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitlə bağlı bütün MDB liderlərinə, o cümlədən Paşinyana dəvət göndərib və cavab gözləyir.(musavat.com)
Rubrika.Az
Facebook-da paylaş











