Əsas Səhifə > Dünya > “Bayden hücuma cavab vermək qərarına gəlib” – “Reuters”

“Bayden hücuma cavab vermək qərarına gəlib” – “Reuters”


30-01-2024, 23:25
“Bayden hücuma cavab vermək qərarına gəlib” – “Reuters”

ABŞ Prezidenti Co Bayden İordaniya və Suriya sərhədindəki əl-Tanf bölgəsindəki Amerika bazasına edilən hücuma cavab vermək qərarına gəldiyini bildirib.

Bu barədə “Reuters” məlumat yayıb.

Nəşr bildirir ki, Bayden çərşənbə axşamı jurnalistlərlə söhbətində 3 Amerika hərbçisinin ölümü və 25-nin yaralanması ilə nəticələnən hücuma necə cavab verəcəyinə qərar verdiyini bildirib. Bununla belə, o, ABŞ-nin hansı cavab tədbirləri görə biləcəyini açıqlamayıb.

Rubrika.az
Geri qayıt