“Bayden hücuma cavab vermək qərarına gəlib” – “Reuters”
![]()
ABŞ Prezidenti Co Bayden İordaniya və Suriya sərhədindəki əl-Tanf bölgəsindəki Amerika bazasına edilən hücuma cavab vermək qərarına gəldiyini bildirib.
Bu barədə “Reuters” məlumat yayıb.
Nəşr bildirir ki, Bayden çərşənbə axşamı jurnalistlərlə söhbətində 3 Amerika hərbçisinin ölümü və 25-nin yaralanması ilə nəticələnən hücuma necə cavab verəcəyinə qərar verdiyini bildirib. Bununla belə, o, ABŞ-nin hansı cavab tədbirləri görə biləcəyini açıqlamayıb.
Rubrika.az
Facebook-da paylaş










