Əsas Səhifə > Dünya > Türkiyədə 14 polis yol qəzasında yaralandı

Türkiyədə 14 polis yol qəzasında yaralandı


2-09-2024, 16:33
Türkiyədə 14 polis yol qəzasında yaralandı

Türkiyənin Əskişəhər şəhərində polis əməkdaşlarını daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində 14 nəfər yaralanıb.

Rubrika.az "TRT Haber”ə istinadən xəbər verir ki, olay Afyonkarahisar – Əskişəhər magistralında baş verib. Belə ki, sözügedən istiqamət üzrə hərəkət edən mikroavtobus yoldan çıxaraq maneəyə çırpılıb.
Qeyd olunub ki, yaralılar Əskişəhər Osmanqazi Universiteti Xəstəxanasına çatdırılıb.

Rubrika.az
Geri qayıt