Türkiyədə 14 polis yol qəzasında yaralandı
![]()
Türkiyənin Əskişəhər şəhərində polis əməkdaşlarını daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində 14 nəfər yaralanıb.
Rubrika.az "TRT Haber”ə istinadən xəbər verir ki, olay Afyonkarahisar – Əskişəhər magistralında baş verib. Belə ki, sözügedən istiqamət üzrə hərəkət edən mikroavtobus yoldan çıxaraq maneəyə çırpılıb.
Qeyd olunub ki, yaralılar Əskişəhər Osmanqazi Universiteti Xəstəxanasına çatdırılıb.
Rubrika.az
Facebook-da paylaş












