Əsas Səhifə > Dünya > LUKAŞENKO GETMİR – Prezidentliyə namizədliyini elan etdi
LUKAŞENKO GETMİR – Prezidentliyə namizədliyini elan etdi23-10-2024, 20:55 |
|
[Aleksandr Lukaşenko növbəti dəfə Belarus Prezidenti olmağa hazırlaşır. O, 2025-ci ilin yanvarında keçiriləcək növbəti prezident seçkilərində namizəd kimi iştirak edəcəyini açıqlayıb. Kremlin təbliğatçısı Olya Skabeyevaya müsahibə verən Lukaşenko onun növbəti prezidentlik müddəti üçün seçkiyə gedib-getməyəcəyi barədə sualına "bəli, Olya, gedəcəm", - deyə cavab verib. Qeyd edək ki, bu gün Belarus Mərkəzi Seçki Komissiyası növbəti prezident seçkisinin 2025-ci il yanvarın 26-na təyin edildiyi barədə məlumat yayıb. Rubrika.Az Geri qayıt |