LUKAŞENKO GETMİR – Prezidentliyə namizədliyini elan etdi
![]()
[Aleksandr Lukaşenko növbəti dəfə Belarus Prezidenti olmağa hazırlaşır.
O, 2025-ci ilin yanvarında keçiriləcək növbəti prezident seçkilərində namizəd kimi iştirak edəcəyini açıqlayıb.
Kremlin təbliğatçısı Olya Skabeyevaya müsahibə verən Lukaşenko onun növbəti prezidentlik müddəti üçün seçkiyə gedib-getməyəcəyi barədə sualına "bəli, Olya, gedəcəm", - deyə cavab verib.
Qeyd edək ki, bu gün Belarus Mərkəzi Seçki Komissiyası növbəti prezident seçkisinin 2025-ci il yanvarın 26-na təyin edildiyi barədə məlumat yayıb.
Rubrika.Az
Facebook-da paylaş












