Əsas Səhifə > İdman > Bu gün Avropanın yaşıl meydanlarında keçiriləcək görüşlərin AFİŞASI
Bu gün Avropanın yaşıl meydanlarında keçiriləcək görüşlərin AFİŞASI20-12-2024, 10:00 |
|
Bu gün Avropanın yaşıl meydanları maraqlı futbol tamaşasına ev sahibliyi edəcək. Almaniya Bundesliqasının XV turunun açılış matçında "Bavariya" doğma meydanda "Leypziq"i qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 23:30-da start götürəcək. İtaliya A seriyasında isə XVII tura start veriləcək. İlk oyun günündə "Milan" "Verona"nı sınağa çəkəcək. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:45-də səsləndiriləcək. Həmçinin Türkiyə Superliqasında da XVII tur bu gün keçiriləcək bir görüşlə start götürəcək. "Qalatasaray"la görüşdə əzmkarlıq nümayiş etdirən "Eyüpspor" doğma meydanda "Fənərbağça"nı qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da keçiriləcək. Rubrika.az Geri qayıt |