Bu gün Avropanın yaşıl meydanlarında keçiriləcək görüşlərin AFİŞASI
![]()
Bu gün Avropanın yaşıl meydanları maraqlı futbol tamaşasına ev sahibliyi edəcək.
Almaniya Bundesliqasının XV turunun açılış matçında "Bavariya" doğma meydanda "Leypziq"i qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.
İtaliya A seriyasında isə XVII tura start veriləcək. İlk oyun günündə "Milan" "Verona"nı sınağa çəkəcək. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:45-də səsləndiriləcək.
Həmçinin Türkiyə Superliqasında da XVII tur bu gün keçiriləcək bir görüşlə start götürəcək. "Qalatasaray"la görüşdə əzmkarlıq nümayiş etdirən "Eyüpspor" doğma meydanda "Fənərbağça"nı qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da keçiriləcək.
Rubrika.az
Facebook-da paylaş






