Bakının mərkəzində avtomobil əks yola çıxdı - VİDEO
![]()
Bakının Təbriz küçəsində əks yola çıxaraq digər sürücülər üçün qəza şəraiti yaradan avtomobil kameraya düşüb.
Rubrika.Az-ın “Report”a istinadən məlumatına görə, görüntüləri E.Aminov adlı istifadəçi sosial şəbəkədə paylaşıb.
Görüntülərdən aydın olur ki, “Toyota” markalı 90-MC-007 dövlət nömrə nişanlı avtomobilin sürücüsü ilk qoşa xəttin tələblərini pozub əks yola çıxıb, daha sonra sağa və sola qəfil manevrlər edib.
Rubrika.Az
Facebook-da paylaş








