ABŞ Qrenlandiyanı bu yolla almaq istəyir - Dövlət katibindən ŞOK AÇIQLAMA
![]()
ABŞ dövlət katibi Marko Rubio Amerika qanunvericilərinə Vaşinqtonun Qrenlandiyanı hərbi müdaxilədən daha çox satın almağa üstünlük verdiyini bildirib.
Rublika.az xəbər verir ki, məlumatı "The Wall Street Journal" qəzeti mənbələrə istinadən yayıb.
Bildirilir ki, Rubio bu açıqlamanı 5 yanvarda ABŞ Konqresinin üzvləri ilə qapalı görüşdə verib. Görüşdə Pentaqon katibi Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn də iştirak edib.
Məlumata görə, görüşdə Venesueladakı hərbi əməliyyat müzakirə olunub, lakin Senatın azlıq lideri Çak Şumer (D-NY) administrasiyanın Meksika və ya Qrenlandiya kimi başqa yerlərdə hərbi güc tətbiq etmək niyyətləri barədə soruşub. Dövlət katibi isə Tramp administrasiyasının son təhdidlərinin qaçılmaz işğalın əlaməti kimi qəbul edilməməli olduğunu, məqsədin adanı Danimarkadan almaq olduğunu bildirib.
"The Wall Street Journal" qəzetinin məlumatına görə, Tramp və onun administrasiyasının yüksək vəzifəli üzvləri Qrenlandiya üzərində nəzarəti bərqərar etmək üçün hərbi gücdən istifadəni istisna etmədiklərini açıq şəkildə bildiriblər. WSJ Ağ Evin mətbuat katibi Kerolin Livittin sözlərinə istinadən yazır: "ABŞ hərbi qüvvələrindən istifadə etmək seçimi Baş Komandanın ixtiyarında qalır".
Rublika.az
Facebook-da paylaş







