• Memarlıq və Şəhərsalma ilində "Azərbaycan" nəşriyyatı dəfn edildi

    Memarlıq və Şəhərsalma ilində "Azərbaycan" nəşriyyatı dəfn edildi

    Prezidentin elan etdiyi Memarlıq və Şəhərsalma ilində ,, memarlıq " bəhanəsilə redaksiyalara "qara kağız" paylandı. - Bakıda "nəşriyyat əməliyyatı"nın arxasında Ramin Quluzadə biznesidir....-Prezidentə müraciət

    Azərbaycan Dövlət Nəşriyyatının 103 yaşı var. Bir əsrdən çoxdur ki, bu tarixi mətbu ocaq mövcuddur və yüzlərlə qələm adamının, kağız və söz adamının, yüzlərlə qəzet və jurnalların yuvasıdır. Azərbaycan nəşriyyatı Cümhuriyyətimizdən cəmi 5 yaş kiçikdir və elə bir dövlət qədər böyüklüyə malikdir. Jurnalistlərin, söz və fikir adamlarının az qala ikinci "ata evi" olan bu ocağa daha kimlər rəhbərlik etməyib - Ruhulla Axundov, Hökumət Sultanova, Əhməd Cəmil, Qılman İlkin, İlyas Əfəndiyev... Son illərdə də Azərbaycan Dövlət Nəşriyyatına Ramin Quluzadəyə hərtərəfli yaxın kimi tanınan Leyla Güləliyeva rəhbərlik edir. Etməyinə rəhbərlik edir, amma başqa nə edib ki?!
    2021-ci ildən direktor olan xanım Güləliyeva nəşriyyatın uçuq-sökük divarlarının, döşəmə və tavanının, Brejnevdən qalan liftlərinin təmiri üçün bir dəfə iş görmədi desək ayıb olar. Doğrusu küllü miqdarda yeyinti aparmaq məqsədilə yüngül yanağ əl gəzdirdi, həm də deyərdim ki büdcəyə əməlli əl gəzdirdi Heç bir iş görmədiyi halda özünə və özü ilə gətirdiyi komandasına elə yüksək məvaciblər yazdı ki bu nəinki nəşiryyat büdcəsi Heydər Əliyev fondunun büdcəsi olsa idi belə tükənərdi. Hətda deyərdim ki, bu yalançı təmirin altında küllü miqdarda yeyintilər var. Hansı ki, Nəşriyyatın əsaslı təmirə ehtiyacı var idi. Təsəvvür edin ki, qələm adamları az qala Çernobıla, indiki Donbasa oxşayan şəraitdə illərlə məhrumiyyətlər içində yazıb-pozublar. ( maliyyə pozuntuları ilə bağlı hadisələri istər maliyyə nazirliyinin istərsə də baş purokrluğun korrupsiya idarəsinin ciddi yoxlamağa ehtiyac var. )Bakının hər yeri gözəlləşdiyi halda şəhərin gözəl ünvanlarından birində yerləşən nəşriyyatın binası kənardan sanki köhnəliyi xatırladır. Halbuki nəinki Güləliyevanın ,istənilən şəxsin rəhbərliyi altında nəşriyyatı gözəlləşdirmək və yaşatmaq lazım idi.
    Çünki bu binada tarixi olan qəzetlər, jurnallar onillərlə çap olunub, mətbuatın qalası, isti ocağı hesab olunub, jurnalistlər də bu şəraitsizliyə baxmayaraq, çətinliyə dözərək yazıb-yaradıblar. İndi isə nəşriyyatda yerləşən mətbu orqanların qapısını döyərək hamıya bir-bir "qara kağız" verirlər. Ömürümüzün yarıdan çoxunu bu əzəmətli binada keçirmişik. Vallah ayıbde. Bir bəd xəbər odur ki, on iki gün müddıtində çıxmalısınız , guya memarllıq inistutunun rəyi var,təmir olunacaq. Guya bir ay vaxt versəydilər nə olacaqdı ki, zatən olan olub ...Halbuki təmir adı ilə mətbuatı öz evindən qovurlar. Yəni jurnalistin iş yeri "JEK" deyil, polis idarəsi deyil, nəşriyyat binasıdır, amma bu "ata evi"ndən təmir adı altında hamını sürgün edirlər. Üstəlik, qışın bu çağında fevralın 1-dək vaxt verilib ki, nəşriyyatın binasını tərk edin. Cəmi 10-12 gün ərzində bu redaksiyalar hara köçsün? Artıq bu
    "qara kağız" hər kəsə çatıb və tarixi nəşriyyat təmir adı ilə tarixin arxivinə göndərilir, bir sözlə, Memarlıq və Şəhərsalma ilində bu əzəmətli bina dəfn olunur. Ən dəhşətlisi odur ki, bu təxribatın başında duran qüvvələr var. Onlar dövlət rəhbərliyinə yanlış təqdimat verərək hiyləgər şəkildə nəşriyyatın yerini ələ keçirmək planı qurublar. Bəli, nəşriyyat məhz işğal olunur və əraziyə gözü düşənlərin siyasi rəhbərliyə məkrli təqdimatı nəticəsində redaksiyalar ilin ilk ayında yurd-yuvasından didərgin salınır. Nəşriyyata həmlənin arxasında isə Prezidentin İşlər İdarəsinin rəhbəri Ramin Quluzadə dayanır. Yəni keçmiş uğursuz rabitə naziri.
    Hazırda Azərbaycan Nəşriyyatı, İctimai-Siyasi Sənədlər Arxivi, Azərsuvenir və s. strukturlar Ramin Quluzadənin rəhbərlik etdiyi İşlər İdarəsinə tabedir. Ramin Quluzadə isə nəşriyyatın binasını gözümçıxdıya salaraq redaksiyalara Memarlıq və Şəhərsalma ilində təmir adı ilə "divan tutur". Əslində, dövlət başçısına bu məsələni dürüst şəkildə təqdim edən olarsa, əminliklə söyləmək olar ki, cənab Prezident bu xain planın qarşısını alar, tarixi nəşriyyatı qoruyub saxlayar. Çünki cənab prezident jurnalistləri özünün dostu sayır və müsahibələrində də bildirir ki, bir sıra məsələləri elə mətbuatdan öyrənir. Biz də bir media resursu olaraq buradan məlumat verməyi borc bilirik ki, "nəşriyyat əməliyyatı"nın arxasında Ramin Quluzadə biznesi dayanır. Onun nəşriyyatın binasına göz dikməsi, yaxını kimi tanınan Güləliyevanın isə uğursuz idarəçiliyi redaksiyaları küçələrdə qoymaqdadır. Ona görə Ramin Quluzadənin bu məsələdə hansı marağının olması araşdırılmalıdır. Əgər bu proses dövlət tərəfindən təftiş olunarsa, Ramin Quluzadənin Xəzər Dəniz Gəmiçilik QSC sədri Rauf Vəliyev kimi işindən kənarlaşdırılacağı istisna deyil. Baş verənlər də göstərir ki, "nəşriyyat ovu"nun arxasından duran fiqurant - Ramin Quluzadə ilə bağlı qərar verilməsinin zamanı çatıb. Çünki Ramin Quluzadə faktiki olaraq, işinin öhdəsindən gəlməyi bacarmadı və nazir olduğu dövrdə işçisi olmuş Güləliyevanı sonradan İşlər İdarəsinin rəhbəri dövründə onu nəşriyyata direktor gətirməklə bu sahədə buranı bazara çevirdi. Belə ki, böyük pullar sərmayə şəklində qoyuldu, amma vəsaitlər mənimsənildi və bu davam edir. Hərçənd mərhələli şəkildə binanı yüksək səviyyədə təmir etmək mümkün idi. Quluzadə isə...

    Nicat Mahmudov


    Facebook-da paylaş