Adriana Lima üçüncü dəfə özünə türk sevgili tapdı - Fotolar
![]()
Dünyaca məşhur model Adriana Limanın yenidən özünə türk sevgili tapdığı iddia olunur.
Rubrika.az xəbər verir ki, modelin türkiyəli biznesmen Emir Bahadırla eşq yaşadığı deyilir.
Bu iddialara Adriananın "Sevgililər günü"ndə sosial şəbəkədə paylaşdığı fotosunun altına Emir Bahadırın ürək smayliki qoyması səbəb olub. 38 yaşlı gözəlin şəklini Mövlananın "İtirdiyim hər şey bir gün başqa bir surətdə geri qayıdar" sözləri ilə paylaşması da diqqət çəkib.
Xatırladaq ki, model bundan əvvəl yazıçı Metin Hara, daha sonra isə türk iş adamı Emir Uyar ilə sevgili olub.
Rubrika.az
Facebook-da paylaş








