Bakıda marşrut avtobusu minik avtomobili ilə toqquşub - VİDEO - YENİLƏNİB
![]()
Bakıda "BakuBus" sərnişin avtobusunun iştirakı yol-nəqliyyat hadisəsi baş verib.
Rubrika.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb. "BakuBus"a məxsus 175 nömrəli xətt avtobus ilə "Azsamand" markalı avtomobil toqquşub. Nəticədə avtomobillərə ciddi ziyan dəyib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Bakı Nəqliyyat Agentliyi qəza anınının görüntülərini yayıb.
Rubrika.Az
Facebook-da paylaş










