Azərbaycanın dövlət saytlarına erməni və yunan hakerləri tərəfindən edilən hücumların qarşısı alınıb
![]()
Erməni və yunan haker qruplarının yaydığı 83 dövlət saytına uğurlu hücum cəhdləri haqda xəbərlər həqiqətə uyğun deyil.
Rubrika.Az bildirir ki, bu barədə APA-ya Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən bildirilib.
Qeyd olunub ki, gecə saat 1-2 radələrində həmin saytlara DDoS hücum cəhdləri edilsə də, hər birinin qarşısı uğurla alınıb.
Rubrika.Az
Facebook-da paylaş











