Bakıda polis məşhur gecə klubunda əməliyyat keçirdi: Saxlanılanlar var (VİDEO)
![]()
Bakının Yasamal rayonunda polis onlarla şəxsi saxlayıb.
Rubrika.Az APA-ya istinadən xəbər verir ki, Yasamal rayonu Tbilisi prospektində yerləşən "1033” klubuna Yasamal Rayon Polis İdarəsinin əməkdaşları daxil olub.
Müştərilərin əksəriyyətinin vaksin olunmadığı aşkarlanıb. Məhz buna görə də iaşə obyektinin rəhbərliyi, o cümlədən müştərilər saxlanılaraq 27-ci Polis Bölməsinə aparılıb.
Onlara müvafiq olaraq protokol tərtib olunub.
RUBRİKA.AZ
Facebook-da paylaş









