Bakıda universitetin qarşısında kütləvi dava olub, 2 nəfər bıçaqlanıb
![]()
..Hadisə dünən axşam saatlarında paytaxtın Səbail rayonu ərazisində, Azərbaycan Dövlət İqtisad Universitetinin qarşısında baş verib. Hadisə nəticəsində iki nəfər bıçaqlanıb.
Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu Trend-ə açıqlamasında bildirib ki, hadisə zamanı bıçaq xəsarətləri alan Əli Allahverdizadə və Eşqin Müseyibov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Rubrika.az
Facebook-da paylaş









