Baş nazir rəsmi dövlət qəzetləri ilə bağlı qərar imzalayıb

Nazirlər Kabinetinin “Azərbaycan”, “Xalq qəzeti” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə qərarına dəyişiklik edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, “Respublika” qəzeti redaksiyasına da bu qərarla müəyyən edilmiş normaya uyğun həcmdə qəzet kağızının alınması və qəzet redaksiyalarının çap və icarə haqqı xərclərinin ödənilməsi üçün hər il dövlət büdcəsində "Azərbaycan" nəşriyyatına müvafiq məbləğdə vəsait nəzərdə tutulacaq.
Rubrika.Az
Facebook-da paylaş










