Vilayət Eyvazov MDB ölkələrin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak edir
![]()
Bildirilir ki, iclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğız Respublikasın, Moldova, Rusiya, Tacikistan və Özbəkistanın daxili işlər nazirləri, həmçinin MDB üzvü olan ölkələrin ərazisində mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büronun nümayəndələri iştirak edir.
İclasda birlik ölkələrində cinayətkarlıqla mübarizə üzrə birgə tədbirləri müzakirə ediləcək, xüsusilə təhlükəli cinayətlərə qarşı mübarizə üzrə dövlətlərarası proqramların icrası barədə məlumatlar dinləniləcək.
Bundan əlavə, iclas iştirakçıları MDB ölkələrinin daxili işlər orqanlarının qarşılıqlı fəaliyyəti, kibercinayətkarlığa qarşı mübarizə, xüsusilə təhlükəli cinayətkarların axtarışı, yeni narkotik vasitələrin qanunsuz dövriyyəsi məsələlərini nəzərdən keçirəcəklər.
Rubrika.Az
Facebook-da paylaş










