Əsgərlikdə olarkən “avtoş”luq edən məmur oğlu azadlığa buraxıldı (VİDEO)
![]()
Rubrika.Az-in qafqazinfo-ya istinadla eldə etdiyi məlumata görə, bununla bağlı Bakı Hərbi Məhkəməsində qərar qəbul olunub. Belə ki, Ə.Məlikovun vəkili onun barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı məhkəməyə vəsatət təqdim verib. Hakim vəsatəti təmin edib.
Bundan başqa, Ə.Məlikov barəsində ekspertiza təyin olunub və onun hərbi həkim komissiyasından keçməsi ilə bağlı qərar verilib.
Xatırladaq ki, bu ilin mayında sosial şəbəkələrdə Əziz Məlikov Soltanpaşa oğlunun Bakıda avtoşluq etməsi ilə bağlı görüntülər yayılmışdı. Araşdırmalar zamanı məlum olmuşdu ki, o, həmin vaxt əsgər olub və əslində hərbi hissədə olmalı imiş. Ə.Məlikovun xidmət vaxtı şəhərin mərkəzində avtoşluq etməsi ciddi müzakirələrə səbəb olmuşdu.
Maraqlıdır ki, Əziz Məlikov istintaq dövründə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə həbsdən azad edilib komandanlığın müşahidəsi altına verilmiş, daha sonra qaçıb gizləndiyinə görə Hərbi Prokurorluğun təqdimatı əsasında yenidən həbs edilmişdi.
Məlikin atası Soltanpaşa Məlikov Şamaxı rayon Məlhəm, Əngəxaran və Çuxuryurd bələdiyyələrinin sədridir. O, bölgədə böyük təsərrüfat sahibi və biznesmen kimi tanınır.
VIDEO: https://ok.ru/video/3707370474090
Rubrika.Az
Facebook-da paylaş








