“Eurovision-2017” mahnı müsabiqəsinin tarixi açıqlanıb

"Eurovision-2017” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi Kiyevdə mayın 13-də, yarımfinallar isə mayın 9-da və 11-də keçiriləcək
"RİA Novosti”yə istinadən verdiyimiz xəbərə görə, bu barədə müsabiqənin təşkilatçısı olan "UA:Birinci” Ukrayna milli telekanalının mətbuat xidmətinin məlumatında bildirilir.
Qeyd edək ki, "Eurovision-2016” müsabiqəsinin qalibi "1944” mahnısı ilə ukraynalı müğənni Camala olub.
Rubrika.az
Facebook-da paylaş












