BAŞ PROKUROR Kamran Əliyevin ACISINA
![]()
Yatar, ölər bədənim, nitqdən düşər bir söz:
-Ana… Ana… Sənə mən rahibəm itaətdə!..
Cəfər Cabbarlının sonu bu misralarla bitən "Ana" şeirinin son iki əsrdə təkrarı yoxdur. Və bu şeirdən qüdrətlisini də çətin ki, yazan olsun.
İnsan həyatında ən böyük ayrılıq anadan ayrılıqdır. Bu, əbədi ayrılıqdır. Bir el misalı var - insan anadan yetim qalır, atadan yox. Həyat təcrübəsi göstərir ki, övlad atasız birtəhər böyüyür, amma anasız ağır, məşəqqətli olur, boynubükük qalır. Çünki bizi 9 ay bətnində daşıyan, nəfəs verən, ağrımızı çəkən, yuxusuna haram qatıb gecələr başımızda üstündə olan anadır. Biz böyüyüb ailə başçısına çevrilirik, amma yenə də ananın gözündə uşaq kimiyik. Onun gözündə böyümürük. Budur ananı müqəddəs edən. Necə deyərlər, biz anadangəlməyik...
Heç eşitmisinizmi desinlər ki, cənnət ataların ayağı altındadır? Çünki analardır müqəddəs varlıq, cənnət də onların ayağı altındadır. Ona görə hansı yaşda olursa-olsun anadan ayrılıq ətlə sümüyün bir-birindən ağrılı qopması kimidir. İstər övlad 60 yaşda, ana 90 yaşda olsun, heç fərq etməz. Böyük İmaddədin Nəsimi dediyi kimi, "ağlamayım neyləyim, çün gövdədən can ayrılır..."
Bu günlərdə Baş purakror Kamran Əliyevin anası cənnətlik qadınlardan biri olaraq haqqın dərgahına qovuşdu.Təbii ki ,bu da Kamran müəllimin həyatında bəlkə də ən acı gündür: çünki səni dünyaya gətirən, laylay deyən, min bir zəhmətlə böyüdüb başa çatdıran ana ilə vidalaşırsan. Həyatın çarəsizliyi bundadır - insan anasını xilas edə, həyata qaytara bilmir. Bir övlad olaraq sənə həyat verənə sən həyat bəxş edə bilmirsən. Bu, insanın Allah qarşısında acizliyidir. İstərsə nazir ol, istərsə purokror ol , istərsə də həkim ol ,ən böyük arzunu çin edə bilmirsən.
Əfsus ki, həyatda belə bir şansımız yoxdur.
Bu, hamı üçün belədir. Çünki İslam da buyurub - bütün canlılar mütləq ölümü dadacaq. Lakin ona qədər həyatı necə yaşamaq və xatirələrdə qalmaq məsələsi var. Kamran müəllimin rəhmətlik və cənnətlik anası məhz belə bir ziyalı, cəmiyyətə , dövlətə faydalı oğul yetişdirdiyi, təhsil verdiyi üçün bəlkə də ən böyük ibadəti etmiş olub. Peyğəmbər də buyurur ki, elm ibadətdən böyükdür. Mərhumə ana da oğluna elm təhsil verməklə ən böyük savabı qazanıb. Kamran müəllim də valideynlərinin zəhmətini yerə vurmayıb və bu yerə qədər yüksəlib, hörmət və nüfuz qazanıb. Və bu gün dövlətimizə şərıflə xidmət edir.
ALLAH RƏHMƏT ELƏSİN ..
Nicat Mahmudov
Facebook-da paylaş











