Nərimanovun icra başçısı Həbibullayev özünü Misir Fironu kimi aparır. Prezidentə xəyanət. FHN-də Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovun da məlumatı var.
![]()
Prezident İlham Əliyev ötən ilin noyabrında Naxçıvana səlahiyyətli nümayəndə və bəzi rayonlara icra başçısı təyin etdiyi məmurlarla görüşdə onlara tapşırıqlar vermişdi. Bu göstərişlər təkcə yeni təyin olunan yox, bütün məmurlara şamil idi. Dövlət başçısı bildirmişdi ki,
məmur özünü xalqdan üstün tutmamalıdır.
Dövlət başçısı bir daha xatırlatmışdı ki, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə qətiyyətlə davam etdiriləcək, heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq.![]()
Eyni zamanda, Prezidentin tapşırıqlarına uyğun olaraq Bakı şəhər İcra Hakimiyyəti Eldar Əzizov paytaxtın ayrı-ayrı rayonlarının rəhbərləri toplayaraq bir neçə dəfə onlara xəbərdarlıq edib, bəzilərinə töhmət verilib və qüsurları deyilib. Yəni ölkə rəhbərliyi İH başçılarından dürüst işləməyi tələb edir və əhalinin problemlərini dinləməyi qarşılarına əsas tapşırıq kimi qoyur.
Araşdırma qurupumuz bildirir ki , bu xəbərdarlıqları isə qulaqardı edən icra başçıları az deyil. Onlar özlərini qanundan, xalqdan, dövlətin rəhbərliyindən üstün hiss edirlər. Ona görə də edilən şikayət və müraciətlərə, Prezidentin tapşırıqlarına baxmayaraq qanunsuz hərəkətlərini davam etdirirlər. Onlardan biri Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayevdir. Rayon icra başçısı bu vəzifədə özünü Misir fironu kimi hiss edir. Çünki cənab İlham Əliyevin və hörmətli Eldar Əzizovun mesajları sanki ona təsir etmir. O səbəbdən, Nərimanov rayonunda baş verən qanunsuzluq faktı ilə bağlı bir neçə dəfə müraciət olunsa da, nəticəsi olmayıb.
Söhbət Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi 138 ünvanında qanunsuz tikinti aparılmasından gedir. Həmin qanunsuzluğa Bağırov Vüqar Bəhruz oğlu tərəfindən yol verilib. daha əvvəl yazıb ki, tikinti normaları pozularaq əlavə olaraq artırma edilib. Artırılan qanunsuz əlavə tikintinin şəkilləri rəsmən Nərmanov icra hakimiyyətinə təqdim edilib. Bu da haqlı olaraq kütləvi narazılığa səbəb olub. Bu azmış kimi, dövlət idarəsinin torpağı böyük maraqlar müqabilində satılıb. Ancaq bu fakta indiyə qədər icra başçısı Elgin Həbibullayev reaksiya verməyib. Daha doğrusu kökündən yalan olan izahatlar verməklə bütün ictimayyəti aldadıb. Görəsən icra başçısının başı nəyə qarışıqdır? Məgər onun vəzifəsi elə rayonda baş verən özbaşınalığı araşdırmaq, sakinlərin şikayətini dinləmək deyilmi?
Sadəcə, Nərimanov İH məsələyə "reaksiya" verib. Qurumun adından sosial şəbəkə hesabında qeyd olunub ki, ərazidə guya qanunsuz tikinti aparılmayıb, yaşıllığın məhvi aşkarlanmayıb, sadəcə, orada təmir-bərpa işləri görülüb. Ancaq fakt faktlığında qalır. Həmin şəxs qanunsuz artırma edib və dövlətin torpağı pay-püş olunub. Bəs icra başçısı Həbibullayev mətbuatın bu faktı üzə çıxarması ilə bağlı niyə addım atmır? Gərək ona da bəzi başçılar kimi töhmət verilsin ki, tərpənsin? 
Fakt odur ki, restoranın təməlinə əvvəlindən haram qatılıb. Yəni bu tikintini davam etdirməyə heç bir icazə olmadığı halda qanunlara məhəl qoyulmur. Üstəlik, ərazidə yaşıllığı məhv edilib. Ancaq Bağırov Vüqar Bəhruz oğlunun özbaşına tikintisi - yəni Aşıq Molla Cümə küçəsi, 138 ünvanında artırma etməsi görməzdən gəlinir, icra başçısı isə bu fakta susur. Hamıya məlumdur ki, Nərimanov və eləcə də digər rayonlarda icazəsiz bir artırma etmək mümkün deyil. Dərhal icra nümayəndələri vətəndaşın başının üstünü kəsdirirlər. Deməli, Nərimanov İH məsələdən xəbərdar olub və icra başçısının xeyir-duası ilə iş görülüb. Günü bu gün gedək Nərimanova, bir daşı daş üstünə qoyaq, görün Həbibullayevin məmurları necə tapılacaqlar... Ona görə xəbərsiz bu qanun pozuntusuna yol verildiyinə inanmaq olmur.
Ona görə də Akif Nəzərov şikayətçi olaraq Prezidentə məktub yazıb. Sonra Nərimanov İH müavini İradə Muradovanın imzası ilə Kommunal-Təsərrüfat Birliyinə və yerli polis şöbəsinə də xəbərdarlıq göndərilib ki, tikinti dayandırılmalıdır. İndi isə Nərimanov İH problemin işıqlanmasından sonra başçı müavini Muradovanı yalançı çıxarmağa çalışır. Əgər orada doğurdan da qanunsuz artırma yoxdursa, guya təmir işidirsə, başçı müavini niyə göndərdiyi xəbərdarlıqda tikintinin dayandırılmasının vacibliyini qeyd edib? İcra başçısı nə üçün məsələ ilə maraqlanmır? Odur ki, bu reaksiyadan sonra Prezident İlham Əliyevə, Bakı şəhər İcra Hakimiyyətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Fövqəladə Hallar Nazirliyinə yenidən müraciət olunaraq Nərimanov İH-nin apardığı "araşdırma"nın yalan, qanunsuzluq faktını ört-basdır etmək cəhdi olduğunu təsdiqləmək üçün yoxlama aparılması xahiş olunur. Müraciətdə deyilir ki, Nərimanov İH bu qanunsuzluğa şərik çıxdığına görə daha yüksək instansiyanın məsələni araşdırması vacibdir. Vüqar Bağırov həmin ünvanda artırma edərək insanları narazı salmaqda deyəsən israrlıdır. Prezidentə üz tutan şikayətçilər deyirlər ki, vətəndaşların rahatlığını pozmaq hesabına restoran açmaq, pul qazanmaq niyyəti var:"Vüqar Bağırov siftədən öz işinə haram qatır, həm dövlətin qanunlarına qarşı gedir, həm də vətəndaşların hüquqlarını pozur. Vüqar Bağırovun saymazyana şəkildə davranışı göstərir ki, qanun da tanımır, dövlətin tələblərini də. Ona görə təxirəsalınmaz addımlar atılmasına ehtiyac var".
Qeyd edək ki, restoranlarda qanunsuz artırma tikinti (özbaşına tikinti) Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinin pozulmasıdır. Bu, sənədsiz, icazəsiz və ya layihədən kənar əlavə sahələrin tikilməsini əhatə edir.Hətda bu barədə FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarova rəsmən müəlumat verilib. 
Hətta foto sübutlar ortaya qoyulub, amma yerli icra hakimiyyəti və aidiatı olan üst qurumlar susur və yaxud görməzdən gəlir. Nədənsə səhv verdiyi informasiyalarla hər kəsin gözündən pərdə asmaq istəyirlər. Görünür ki, tərəflər arasında anlaşma var. Ona görə də dövlətə, ali rəhbərliyinə inanırıq. Dövlət orqanlarının bu işi ətraflı araşdıracağını gözləyirik.
Nicat Mahmudov
Facebook-da paylaş








