Rusiyalı səfirə edilən sui-qəsdlə bağlı yeni məlumat
![]()
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova edilən sui-qəsdlə bağlı istintaqa yeni məlumat daxil olub.
Rubrika.az Axar.az-a istinadən xəbər verir ki, Karlovun qatili Mövlud Mərd Altındaşın otaq yoldaşı vəkil Sərxan Önün kompüterindən ötən ilin oktyabr ayında səfir Andrey Karlov barədə araşdırma aparıldığı məlum olub.
Altındaşın sui-qəsddən əvvəl Karlovun şəkillərini araşdırdığı və onun barəsində məlumat toplamağa çalışdığı müəyyən edilib. Prokurorluq həmin ərəfələrdə Altındaşın kim və ya kimlərlə görüşdüyü barədə araşdırma aparır.
Qeyd edək ki, Andrey Karlova edilən sui-qəsdlə bağlı 9 nəfər saxlanılıb. Murad Altındaş isə olay günü polis tərəfindən öldürülüb.
rubrika.az
Facebook-da paylaş














