Bakı sakininin 90 min dolları əlindən alındı

Bakıda 48 yaşlı kişiyə qarşı 90 min dollarlıq dələduzluq edilib.
Rubrika.az “Report”a istinadən bildirir ki, Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Kazımov Rasim Rəşid oğlu Xətai Rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edərək bildirib ki, 2015-ci ilin oktyabr ayında Masallı rayon sakini 1984-cü il təvəllüdlü Səfərov Taleh Eyvaz oğlu onu aldadaraq 90000 ABŞ dolları pulunu alıb və geri qaytarmayıb.
Faktla bağlı Xətai RPİ-də araşdırma aparılır.
rubrika.az
Facebook-da paylaş












