Bayram günləri baş verən yol qəzalarında 20 nəfər ölüb

Rubrika.az APA-ya istinadən bildirir ki,bayram günləri Azərbaycanda baş verən yol qəzalarının statistikası açıqlanıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 2016-cı il dekabrın 31-dən yanvarın 5-dək respublikanın avtomobil yollarında 27 yol-nəqliyyat hadisəsi baş verib.
Nəticədə 20 nəfər ölüb, 37 nəfər xəsarət alıb.
Rubrika.az
Facebook-da paylaş













