Türkiyədə daha bir TERROR
![]()
Türkiyənin İzmir şəhərində partlayış törədilib.
Rubrika.az Axar.az-a istinadən xəbər verir ki, hadisə İzmir məhkəməsinin qarşısındakı polis məntəqəsinin yaxınlığında baş verib.
Partlayışın bomba yüklü avtomobillə törədildiyi ehtimal olunur.
İlkin məlumata görə, partlayış nəticəsində 3 nəfər yaralanıb.
Partlayışdan sonra ərazidə atışma baş verib. DHA müxbiri 1 terrorçunun öldürüldüyü barədə məlumat verib.
Hadisə yerinə xeyli təcili tibbi yardım briqadaları göndərilib.
**
Atışma nəticəsində digər terrorçu da məhv edilib. Digər terrorçunun axtarışları davam edir. Polis təhlükəsizlik səbəbindən ədliyyə binasından heç kimi buraxmır.
Egey Universitetinin Tibb fakültəsi xəstəxanasına 6 yaralanın aparıldığı bildirilir.
Rubrika.az
Facebook-da paylaş











