Ərdoğan hamını geridə qoydu - İlin adamı
![]()
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2016-cı ilin şəxsiyyəti seçilib.
Rubrika.az Axar.az-a istinadən xəbər verir ki, sorğunu "Əl Cəzirə" keçirib. Sorğuda 130 mindən çox insan iştirak edib.
Feysbuk üzərindən keçirilən sorğuda ilk olaraq 10 namizədin adı irəli sürülüb. Növbəti mərhələyə 4 namizəd yüksəlib.
İkinci mərhələdə suriyalı uşaqlar adından Ümran körpə, tunisli təyyarə mühəndisi Məhəmməd əz-Zəvari, Mərakeş Baş naziri Abdullah Benkiran və Türkiyə lideri Ərdoğan yarışıb. Səsvermənin nəticəsində isə ilin şəxsiyyəti Prezident Ərdoğan seçilib.
rubrika.az
Facebook-da paylaş












