Azərbaycanda şirkət əməkdaşı iş yerindən 35 min manat oğurlayıb

Azərbaycanda şirkət əməkdaşı işlədiyi yerdən 35 min manat pul oğurlayıb.
Rubrika.az APA-ya istinadən bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 6-da "Koroğlu" MMC-yə məxsus seyfdən 35 000 manat pul oğurlamaqda şübhəli bilinən MMC-nin işçisi, Bakı şəhər sakini Həsənağa Əlizadə tutulub.
Rubrika.az
Facebook-da paylaş







