Polşanın eks-prezidentinin oğlunun meyiti tapıldı

Polşanın keçmiş prezidenti Lex Valensanın oğlunun meyiti tapılıb.
Rubrika.az APA TV-yə istinadən bildirir ki, Pşemıslav Valensanın meyiti Qdansk şəhərindəki mənzilində aşkarlanıb.
43 yaşlı Valensanı hərəkətsiz halda ilk dəfə oğlu görüb və tez təcili yardıma zəng edib.
Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Onun qətlə yetirildiyi istisna olunur.
Rubrika.az
Facebook-da paylaş













