FİFA 2026-cı il dünya çempionatının iştirakçı komandalarının sayını artırır

2026-cı ildən futbol üzrə dünya çempionatı 32 deyil, 48 milli komandanın iştirakı ilə keçiriləcək.
Rubrika.az Report-a istinadən bildirir ki, "Globo"ya istinadən verdiyi məlumata görə, FİFA bununla bağlı qərarını yanvarın 10-da açıqlayacaq. Reqlamentə əsasən, mundialda hər birində 3 komanda olmaqla, 16 qrup formalaşdırılacaq. Hər qrupdan 2 ən güclüsü "pley-off"a yüksələcək.
Avropaya 16, Afrikaya 9.5 (10-cu vəsiqəni qazanmaq istəyən digər qitə təmsilçisi ilə görüş keçirməlidir), Asiyaya 8.5, KONMEBOL-a 6.5, KONKAKAF-a 6,5, Okeaniyaya 1 yer verilib.
Təklif olunan islahat dünya çempionatlarının maliyyə cəhətdən gəlirliliyini artırmalıdır.
Rubrika.az
Facebook-da paylaş











