Türkiyə parlamentində gərgin gün: 2 maddə qəbul edildi, deputat sayı artırılır

Türkiyə Böyük Millət Məclisində millət vəkilləri Konstitusiyaya dəyişikliklə bağlı təklifin 1-ci maddəsinə gizli səsvermə yolu ilə münasibət bildiriblər.
Rubrika.az APA-ya istinadən bildirir ki, 1-ci maddə 347 lehinə səslə qəbul edilib.
Təklifin əleyhinə 132 deputat səs verib, 2 nəfər bitərəf qalıb, 2 deputat münasibət bildirməyib, 1 səs isə etibarsız sayılıb. Ümumilikdə, gizli səsvermədə 484 millət vəkili iştirak edib.
Türkiyə Cümhuriyyəti Konstitusiyasına dəyişikliyə dair təklif edilən sənədin 1-ci maddəsi Konstitusiyanın "İttiham səlahiyyəti" başlığında dəyişikliyi nəzərdə tutur.
Daha sonra parlamentdə Konstitusiyaya dəyişikliklə bağlı təklifin 1-ci turunda 2-ci maddənin gizli səsverməsi keçirilib.
Səsvermədə deputatların 343-ü lehinə səs verib. Maddənin əleyhinə 133 millət vəkili səs verib.
Türkiyə Cümhuriyyəti Konstitusiyasında dəyişiklik edilməsinə dair təklifin ikinci maddəsinin qəbulu, parlamentdə millət vəkili sayının 550-dən 600-ə çatdırılmasını nəzərdə tutur.
Rubrika.az
Facebook-da paylaş












