AZAL-ın İsrailə uçuşlarının sayı artır
"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı - Təl-Əviv marşrutu üzrə uçuşların sayını artırmaq niyyətindədir.
Rubrika.az Apa-ya istinadən bildirir ki, cari ilin mart ayından etibarən sözügedən reys üzrə uçuşların sayı həftədə 4-ə çatdırılacaq.
Hazırda uçuşlar bazar günündən çərşənbə axşamınadək həyata keçirilir. AZAL həftənin cümə axşamları da Bakıdan Təl-Əvivə uçmaq niyyətindədir.
Rubrika.az
Facebook-da paylaş














