Moskva İrəvanı müdafiə etməyəcək - Dubnov
![]()
Rusiya Ermənistanı heç vaxt müdafiə etməyəcək.
Bunu “1in.am” saytına müsahibəsində rusiyalı politoloq Vadim Dubnov söyləyib.
“Moskva heç vaxt İrəvana Azərbaycanla qarşıdurmada yardım etməyəcək. Təbii ki, əgər Azərbaycan-Rusiya münasibətlərində nə isə dəhşətli bir şey olsa, o zaman bu yardımı gözləmək olar. İrəvanın düşdüyü situasiyada edə biləcəyi yeganə şey şəxsi illüziyalar qurmayıb, olanları əhaliyə anlatmaqdır” – deyə o bildirib.
Rubrika.az
Facebook-da paylaş














