Avtomat satmaq istəyənlər ələ keçdi
Daxili işlər orqanları cinayətkarlıqla mübarizə sahəsində növbəti uğurlu əməliyyat-axtarış tədbirləri həyata keçirib.
Rubrika.az APA TV-yə istinadən məlumatına görə, əməliyyat nəticəsində odlu silah-sursatın qanunsuz alqı-satqısı ilə məşğul olan şəxslər zərərsizləşdirilib.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Zəngilan Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının Gəncədə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Kəlbəcər rayon sakini Zeynalabdin Əzimov "AK" markalı silahı və 17 ədəd patronu 2000 manata satarkən yaxalanıb.
Qeyd edək ki, Z.Əzimov əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək dəfələrlə məhkum olunub.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Qazax RPŞ əməkdaşlarının həyata keçirdiyi növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində isə Qazax rayon sakini Samir Zülfüqarov "AK" markalı silahı, patron darağını və 11 ədəd patronu 1000 manata satarkən tutulub.
Hər iki faktla bağlı araşdırma aparılır.
Rubrika.az
Facebook-da paylaş













