Davos Forumu başlayır

Bu gün İsveçrənin Davos qəsəbəsində ənənəvi Ümumdünya İqtisadi Forumu başlayır.
Rubrika.az APA-ya istinadən bildirir ki, forum yanvarın 21-nə kimi davam edəcək.
Sayca 49-cu forumda dünya liderləri, iri şirkətlərin rəhbərləri, ekspertlər dünyanın qarşılaşdığı çətinlikləri müzakirə edəcək, yeni il üçün iqtisadi gündəliyi müəyyənləşdirəcəklər.
Forumda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir.
rubrika.az
Facebook-da paylaş












