Bütün valyutalar bahalaşdı - GÜNÜN MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
Rubrika.az APA-ya istinadən bildirir ki, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi yanvarın 18-i ilə müqayisədə artaraq 1,8311 manat təşkil edib.
Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası möhkəmlənərək 1,9483 manat olub.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,2482 manatdır. Beləliklə, funt sterlinqin də məzənnəsində artım baş verib.
Rusiya rublu, Türkiyə lirəsi və Gürcüstan larisi də manat qarşısında dəyər qazanıb. Hazırda 1000 rubl 30 manat 80 qəpik, 100 türk lirəsi 48 manat 11 qəpik, 100 gürcü larisi isə 68 manat 79 qəpik səviyyəsindədir.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı rəsmi məzənnələri həftə içi hər gün açıqlayır. Həftəsonu isə üçgünlük məzənnə açıqlanır.
Rubrika.az
Facebook-da paylaş













