Bakıda güclü partlayış baş verib - Yaralananlar var

Bakının Binəqədi rayonunda partlayış olub
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan birmərtəbəli 2 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib. Nəticədə evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Hadisə zamanı 4 nəfər yanıq xəsarəti alıb.
Qonşu evlər yanğından mühafizə olunub.
rubrika.az
Facebook-da paylaş













