Bakıda yolu keçən piyadaları avtomobil vurdu - 3 ölü

Bakının Xəzər rayonunun Qala qəsəbəsində yol qəzası baş verib
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verilən məlumata görə, Qala qəsəbəsində Bakı şəhər sakini Ədalət Abdullayev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən qəsəbə sakini Əsmər Əliyevanı vurub və nəticədə piyada hadisə yerində ölüb.
Nərimanov rayonunun Z.Bünyadov prospektində də baş verən qəzada piyada ölüb.
Masallı rayon sakini Ceyhun Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Ağdam rayon sakini Oqtay Gülmalıyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.
Digər bir qəza isə Ramana qəsəbəsində olub. Bakı şəhər sakini Namiq Ələsgərov idarə etdiyi “Renault” markalı avtomobillə yolu keçən qəsəbə sakini Şəfa Səmədovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.
Yol qəzaları polis tərəfindən araşdırılır.
rubrika.az
Facebook-da paylaş















