Tramp Ziya Məmmədovun oğlunu atdı: "Ağ ev" ahibi Məmmədovları "qara zolaq"dan çıxarmadı

Nəqliyyat naziri Ziya Məmmədovun biznesmen oğlu Anar Məmmədov ABŞ-ın 45-ci prezidenti Donald Trampın inaqurasiya mərasiminə qatılmadı
Andiçmə tədbirində Anar Məmmədovun iştirak etmədiyi məlum olub. Belə görünür ki, nazir oğlu sözügedən məclisə dəvət almayıb.
Biznesmen Anar Məmmədovun Donald Trampla işbirliyinin olması haqda yerli və xarici mediada kifayət qədər məlumat yayımlanıb. Hətta Bakıda tikilən "Trump Tower"i də Ziya Məmmədovun oğlu ilə ortaq inşa etdirib.
Bu arada bildirək ki, ötən həftə Bakının Nəsimi rayonu ərazisində yerləşən "Tramp" plazada dəyişiklik edilib. Belə ki, otelinin adındakı “Trump Tower” sözü sökülüb. Bu addımla Məmmədovların tramplin ümidi olan Trampla əlaqələrinin kəsildiyi bilinirdi.
Nazir ümid edirdi ki, oğlunun “Ağ ev”in yeni sahibi ilə münasibətləri iqtidarda yüksəlişinə səbəb olacaq. Lakin gözlənilənlərin tam əksi baş verdi və Məmmədovlar üçün “qara zolaq”dan çıxış mümkün olmadı.(politika.az)
Beləliklə, Trampın nazir oğlunu atdığını da söyləmək olar. Təbii ki, dünyanın supergüc dövlətinin rəhbərinin Azərbaycanda korrupsioner adı çıxarmış bir nazirin oğlu ilə əlaqələri inkişaf etdirəcəyi absurd olardı.
Anar Məmmədovun andiçmə mərasimində iştirakına ən yüksək səviyyədə dəvət olmalı idi.
Nazir oğlunu saymayan yeni prezident onun adına dəvətnamə yazdırmayıb. Hətta bu prosedur da olduqca mürəkkəbdir. A.Məmmədovun dəvət edilməsi üçün mühüm bir səbəb olmalı idi. Trampın isə biznes siyasəti başqa, ABŞ prezidenti kimi siyasi strategiyası tam başqadır.
Hətta Məmmədovlar elə bir eyforiyaya qapılmışdı ki, Elton Məmmədov açıqlamalar verirdi, nəqliyyat müfəttişləri təzədən hərəkətə keçmişdi, nazirə yaxın media bayram edirdi, Tramp şərəfinə ziyafət verilirdi.
Yuxudan ayılan nazir və ətrafı baş verənlərdən soyuq duş almış kimi oyandı. Onlar anladı ki, iqtidarda yüksəliş yalnız Azərbaycanın dövlət rəhbərliyindən asılıdır.
Trampın seçiləcəyi ilə iqtidarda yüksəlişini yenidən təmin edəcəyinə ümidlənmiş Məmmədovların arzusu qursağında qaldı.
Ağ ev sahibinin adını daşıyan otelin başına gətirilən bu müsibət nazirin hakimiyyətdəki rəqiblərini də sevindirməmiş olmaz.
Karyerasının qürub etdiyi bir zamanda oğlu, iş adamı Anar Məmmədovun dostu Trampın supergüc dövlətin prezidenti seçilməsi naziri ruhlandırmışdı.
Məmmədovun yolunun vitse-prezidentliyə açıldığı da bildirilirdi. Xeyli vaxtdır ki vurulan və səlahiyyətləri itirilən nazir revanşa hazırlaşırdı.
Onun Tramp sayəsində hakimiyyətdə mövqelərini möhkəmləndirməsi və Bakı ilə Vaşinqton münasibətlərində vasitəçilik etməsi son dərəcə realdır və mümkün görünürdü.
Amma Trampın otelinin söküntüsü, nazir oğlunun mərasimə çağırılmması bir mesajdır və nazirin planlarının üstündən xətt çəməkdir.
Rubrika.az
Facebook-da paylaş














