Putinlə Trampın telefon danışığı hələlik razılaşdırılmayıb

ABŞ prezidenti Donald Trampın müşaviri və Rusiyanın ABŞ-dakı səfiri hələlik iki ölkənin prezidentləri arasında telefon danışığı ilə bağlı razılığa gəlməyiblər.
Rubrika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Şon Spayserayet deyib.
“Bildiyimə görə, bu razılaşma hələ baş tutmayıb”, - bazar ertəsi günü keçirilmiş brifinqdə o bildirib.
rubrika.az
Facebook-da paylaş








