Trampdan Meksikaya xəbərdarlıq: Pulu ödəməsən...
![]()
Əgər Meksika iki ölkə arasında divarın inşası ilə bağlı pul ödəmirsə, o zaman meksikalı həmkarım Enrika Peni ilə görüşməyəcəyəm.
Bu sözləri ABŞ Prezidenti Donald Tramp Tvitter hesabında yazıb.
“ABŞ-la Meksika arasında 60 milyardlıq ticarət dövriyyəsi mövcuddur. Amerika Azad Ticarət Müqaviləsi imzalandığından bəri təktərəfli razılıq olub. Əgər Meksika hökuməti pulu ödəmirsə, Peni Vaşinqtonda baş tutacaq görüşdən imtina etməlidir”, - Tramp bildirib.(axar.az)
Qeyd edək ki, ötən gün Meksika prezidenti ABŞ-ın inşa etdiyi sərhəd divarının pulunu ödəməyəcəklərini açıqlamışdı.
Rubrika.az
Facebook-da paylaş











