Tramp Rusiyaya qarşı sanksiyalar barədə fikrini açıqladı

Rusiyaya qarşı sanksiyaların ləğvindən danışmaq tezdir.
TASS agentliyinin verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Tereza Mey ilə keçirdiyi birgə mətbuat konfransında bəyan edib.
“Rusiyaya qarşı sanksiyaların ləğvindən danışmaq hələ tezdir. Biz bütün ölkələrlə yaxşı münasibət qurmaq niyyətindəyik, o cümlədən Rusiya ilə”, - deyə D.Tramp bildirib.
Tereza Mey, öz növbəsində, qeyd edib ki, Ukrayna üzrə Minsk razılaşmaları yerinə yetirilməyənədək Rusiyaya qarşı tətbiq edilən sanksiyalar qüvvədə qalmalıdır.
* * *18:25
ABŞ hakimiyyəti Rusiyaya qarşı sanksiyaların ləğvini müzakirə edir.
Virtualaz.org xəbər verir ki, “The Hill” nəşrinin məlumatına görə, bunu ABŞ prezidenti Donald Trampın köməkçisi Killian Konvey bildirib.
Qeyd olunur ki, Konvey Trampla Rusiya prezidenti Vladimir Putin arasında sabah baş tutacaq telefon söhbətinin təşəbbüskarının kim olduğunu dəqiqləşdirməyib.
Rubrika.az
Facebook-da paylaş
















