Şəkidə ağır qəza: Ölən və yaralanan var
![]()
Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 28 km-də, Şəkinin Suçma kəndi ərazisində ağır qəza baş verib.
Qəza zamanı Mingəçevir sakini Səmədov Elbrus Səməd oğlunun idarə etdiyi 10 SX 298 dövlət nömrə nişanlı VAZ-2104 markalı avtomobillə Balakən sakini İbrahimov Vaqifin idarə etdiyi 08 BF 440 dövlət nömrə nişanlı "NAZ Lifan" markalı avtomobil toqquşub. Nəticədə VAZ-ın sürücüsü ağır bədən xəsarətləri alıb.
Xəsarət alan şəxs təcili olaraq digər avtomobilin sürücüsü və yoldan keçənlərin köməkliyi ilə Şəkinin Böyük Dəhnə kənd tibb məntəqəsinə çatdırılıb. Lakin VAZ-ın sürücüsü yolda dünyasını dəyişib.
ARB-nin verdiyi məlumata görə, hadisə səhər saat 08:20 radələrində qeydə alınıb. Hadisənin yolun sürüşkən olması səbəbindən baş verdiyi ehtimal edilir.
Faktla bağlı polis araşdırmalar aparır.
Qeyd edək ki, NAZ markalı avtomobilin sürücüsü Qarabağ əlilidir.
Rubrika.az
Facebook-da paylaş













