Kreml Sərkisyana qarşı: Ohanyanın ətrafı genişlənir
![]()
Ermənilərin Rusiyadakı İttifaqının rəhbəri Ara Abramyan Ermənistan Baş naziri Karen Karapetyanın Moskvadakı erməni iş adamları ilə görüşünə qatılmayıb.
Bu barədə informasiyanı “Jamanak” qəzeti yayıb. Qəzet Abramyanın artıq aşkar şəkildə keçmiş müdafiə naziri Seyran Ohanyan və keçmiş xarici işlər naziri Vardan Oskanyanı dəstəklədiyini bildirib:
“Abramyanın müavini Ermənistan Demokratik Partiyasının lideri Aram Sərkisyanın da Ohanyanın yanında olması təsadüfi deyil. Bir müddət öncə Ohanyan Moskvada Abramyanla görüşüb. Məhz Abramyan ona hər cür maliyyə dəstəyi verəcəyini vəd edib” .
Qeyd edək ki, Ermənistan Prezidenti Serj Sərkisyan Seyran Ohanyanı istefaya göndərəndən sonra o, müxalifətə keçib. Ermənistan mətbuatının iddiasına görə, eks-nazirlə prezident arasında inciklik yaşanıb. Üstəlik, Ohanyan Viktor Dəlləkyanın yaratdığı yeni partiyada rəhbər vəzifəyə gətirilib. Bu partiya isə özünün bütün maliyyəsini Rusiyadan alır.(axar.az)
Demək olar ki, cəmiyyət daxilində bütün sütunlarını itirən Sərkisyanın hazırda əsas rəqibi Köçəryan sayılır. Köçəryan artıq bir neçə ildir ki, həm Qarabağda (həm Köçəryan, həm də Sərkisyan Qarabağ klanının üzvləri sayılır – red.), həm də Ermənistanın hakim dairələrində aktiv fəaliyyət aparır. Eks-prezident həmçinin bir neçə dəfə Moskvaya səfər edib. Erməni KİV-i Köçəryana qarşı dayanmaq üçün Sərkisyanın Erməni Milli Konqresi Partiyasının rəhbəri Levon Ter-Petrosyanla birləşməyə çalışdığını iddia edib.
Ara Abramyan da Sərkisyanı sevməyənlər sırasında yer alıb. Moskvada Köçəryanla məhz Abramyan görüşlər keçirib. Rusiyadakı ermənilərin lideri həmçinin Kremlə yaxınlığı ilə seçilir və birbaşa onun diktəsi əsasında hərəkət edir.
Rubrika.az
Facebook-da paylaş













