Istanbulda ölümlə nəticələnən silahlı hücum baş verib

İstanbul restoranlarından birinə silahlı hücum olub.
Rubrika.az “Milliyet”ə istinadən xəbər verir ki, hadisə İstanbulun Beykoz rayonunda meydana gəlib.
İlkin məlumatlara əsasən, bir şəxs 12 il öncə öldürülən atasının intiqamını alıb.
Həmin şəxs restoranda izlədiyi adamla qarşılaşdığı zaman ona atəş açıb. Nəticədə 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb.
Şəxsin polisə təslim olduğu bildirilir.
Rubrika.az
Facebook-da paylaş










