Avropa Trampın “müsəlman qadağası”nı təkrarlaya bilər

Avropa Birliyi ABŞ Prezidenti Donald Trampın miqrasiya məhdudiyyəti siyasətinin bir çox ölkələrə nümunə olacağından ehtiyat edir.
Bu barədə informasiyanı “RİA-Novosti” agentliyi özünün Brüsseldəki etibarlı mənbəsinə istinadən yayıb. Mənbə AB ölkələrinin belə addım atacağından narahatlığını ifadə edib.
Qeyd edək ki, cümə gün Tramp 7 müsəlman ölkəsinin vətəndaşlarına ABŞ-a gəlmək üçün viza verilməsinə qadağa qoyub. 90 gün müddətində davam edəcək bu qadağa İran, İraq, Yəmən, Liviya, Suriya, Somali və Sudana aid edilib.
Rubrika.az
Facebook-da paylaş













