"Hər axşam telefonlara xarici nömrələrdən zəng gəlir"
![]()
Azərbaycanda hər axşam telefonlara xarici nömrələrdən zəng gəlir. Bundan əvvəl ərəb ölkələrində də belə olmuşdu.
Rubrika.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
S.Novruzov bununla bağlı tədbirlərin görülməsini təklif edib:
“Məsələyə diqqət yetirilməli və müəyyən edilməlidir ki, informasiya təhlükəsizliyi ilə bağlı hansı addımlar atmaq olar ki, bunun qarşısı alınsın”.
Rubrika.az
Facebook-da paylaş












