Azərbaycan əsgəri əsir götürülüb? – Açıqlama
![]()
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfə əsir düşdüyü bildirilən Elnur Hüseynzadə ilə bağlı məlumat yayıb.
Məlumatda qeyd edilir ki, E.Hüseynzadə tez-tez hərbi intizamı pozması və xidmətə çıxmaması səbəbindən bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis olunub və hazırda hərbi xidmətdə deyil.
«Azərbaycan Silahlı Qüvvələri bölmələrinin fevralın 1-də cəbhə xəttində guya təxribat törətməsi və itki verməsi barədə Ermənistan tərəfinin yaydığı məlumat yalandır»,-deyə məlumatda qeyd edilir.
Ermənistan tərəfi Azərbaycan ordusunun təmas xəttinin Talış kəndi istiqamətində fevralın 1-i saat 15:00 radələrində qatı dumandan istifadə edərək «diversiya» həmləsi etdiyini, bu zaman bir Azərbaycan əsgərinin əsir götürüldüyünü bildirir. İddia olunur ki, Azərbaycan Silahlı Qüvvələrinin bir əsgəri bu əməliyyat zamanı yaralanıb.
Əsir götürüldüyü deyilən E.Hüseynzadə 1995-ci ildə doğulub, Bərdə rayonundandır.
Olaya, hələlik, onun doğmalarından münasibət almaq mümkün olmayıb.
Rubrika.az
Facebook-da paylaş















